Anadangəlmə epilepsiya xəstəliyindən əziyyət çəkən 4 yaşlı uşağın əlillik pensiyası dayandırılıb. Göygöl rayonunda yaşayan ailə bildirir ki, pensiyanın bərpası üçün tələb olunan bütün sənədləri toplayaraq aidiyyəti qurumlara təqdim ediblər. Lakin, hələ də müsbət nəticə əldə edə bilməyiblər.
Hafta.az xəbər verir ki, hər il əlillik müddətinin yenidən qiymətləndirilməsi səbəbindən pensiyanın dayandırılması ailəni çətin vəziyyətə salır. Ailə qeyd edir ki, pensiyanın dayandırılması uşağın müalicəsinə də mənfi təsir göstərir. Davamlı şəkildə dərman qəbul etməli olan uşağın müalicə xərclərini qarşılamaq onlar üçün getdikcə çətinləşir.
Məsələ ilə əlaqədar Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən bildirildi ki, azyaşlının əlilliyinin yenidən qiymətləndirilməsi ilə bağlı müraciəti sistem qeydiyyata almayıb.
TƏBİB-dən isə bildirildi ki, Rüstəm Həsənovun mövcud xəstəliyinə dair ekspertiza əhəmiyyətli göstəricilər "Əlilliyin müəyyən olunması meyarları" siyahısında qeyd edilən müvafiq meyarlara uyğun olmaması səbəbilə göndərişin rəsmiləşdirilməsi mümkün olmayıb. Tibb müəssisəsinin diaqnozu və ekspertiza əhəmiyyətli göstəricilərini ətraflı qeyd etdiyi və meyarlara uyğun olduğu halda tibbi-sosial ekspertiza müayinəsinə yeni göndərişin rəsmiləşdirilməsinə müvafiq dəstək göstəriləcək.
Daha ətraflı Xəzər Tv-də: