Noyabrın 11-12-də Tacikistan Boxtar şəhərində ən mühüm iqtisadi tədbirlərdən biri - “Khatlon-INVEST-2025” Beynəlxalq İnvestisiya Forumu keçiriləcək.
Hafta.az-ın yazdığına görə, əsas məqsədlər ticarət-iqtisadi əməkdaşlığın gücləndirilməsi, investisiya mühitinin yaxşılaşdırılması, Tacikistan iqtisadiyyatına birbaşa xarici investisiyaların cəlb edilməsi, yerli məhsulların təqdimatı və satış bazarlarının müəyyənləşdirilməsidir.
“Khatlon-INVEST-2025” Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Ölkənin Azad İqtisadi Zonalarında İnvestisiya İmkanları və Rəqəmsallaşma” mövzusunda panel müzakirəsi də keçiriləcək.
Xatlon vilayətinin icra hakimiyyəti və Tacikistanın İnvestisiya və Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi Boxtarda keçirilən forumun təşəbbüskarlarıdır. Tədbirdə yerli və xarici müəssisə və şirkətlər arasında sazişlərin, əməkdaşlıq sənədlərinin imzalanması gözlənilir.