Tailandda daha bir kran qəzası - Ölənlər və yaralananlar var

11:15 15.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tailandda daha bir qaldırıcı kran qəzası tələfata səbəb olub.

Hafta.az Tailand mediasına istinadla xəbər verir ki, ölkənin Samutsakhon şəhərində qaldırıcı kranın avtomobil yoluna aşması nəticəsində azı 2 nəfər ölüb, 5-i xəsarət alıb.

Səhər saatlarında baş verən hadisə zamanı kranın bəzi hissələri yolda hərəkətdə olan 2 avtomobilin üstünə düşüb.

Krandan avtomobil yolunda körpünün inşasında istifadə olunurmuş.

Qeyd edək ki, yanvarın 14-də Tailandda dəmir yolunda inşaat işlərində istifadə edilən qaldırıcı kranın qatarın üzərinə düşməsi nəticəsində 32 nəfər ölüb, 64-ü xəsarət alıb.