Tailandla Kamboca arasında atəşkəs sazişi imzalandı

09:00 27.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tailand və Kamboca arasında atəşkəs barədə sənəd imzalanıb.

Hafta.az xəbər verir ki, sənəd ortaq sərhəd komitəsinin 3-cü xüsusi görüşünün yekununda təsdiqlənib.

Görüş Tailandın Çanthaburi və Kambocanın Pailin əyalətləri arasındakı sərhəd-keçid məntəqəsində baş tutub. Kamboca heyətinə Baş nazirin müavini və milli müdafiə naziri Tea Seiha, Tailand heyətinə isə müdafiə naziri Nattaphon Narkphanit rəhbərlik edib. Görüşdə ASEAN müşahidə qrupu iştirak edib.

Qeyd olunur ki, dekabrın 7-də Tailand-Kamboca sərhədində silahlı toqquşmalar başlayıb. Hər iki tərəfdən həm hərbçilər, həm də mülki şəxslər arasında ölən və yaralananlar olub. Sərhədboyu ərazilərdən 100 minlərlə sakin təxliyə edilib.