Taksimetri yandırmaqdan imtina edən taksi sürücüsü cərimələndi

18:40 25.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İstanbulda taksi sürücülərinin yaxın məsafə və taksimetr problemi davam edir. Xarici turistləri hədəf alan taksi sürücüləri 10 gün müddətinə nəqliyyatdan uzaqlaşdırılıb və 4062 lirə cərimə edilib.

Hafta.az-ın yazdığına görə, İstanbulda bəzi taksi sürücülərinin yaxın məsafəyə gedən sərnişinləri aparmaq istəməməsi, taksimetrdən istifadə etməməsi, xüsusən də xarici turistləri seçməsi və bu sərnişinlərdən həddindən artıq ödəniş tələb etməsi daimi müzakirə mövzusudur.

Şəhərdə sakinlər və qonaqlar taksi tapa bilməməkdən, taksimetrdən istifadə etməməkdən və qiymətlərin baha olmasından narahatdırlar. 20 milyon əhalisi olan şəhərdə bu problem demək olar ki, hər yerdə yaşanır...

Taksim meydanı həm yerli, həm də xarici yüz minlərlə insanın ziyarət etdiyi bir nöqtədir. Meydanda baş verən hadisə bu məsələni bir daha gündəmə gətirib. Turist ailəsi Sıra Selvilər küçəsinə gedən taksi sürücüsünü saxlayıb və Kapalıçarşıya getmək istədiklərini bildirib. Ailə taksi sürücüsündən sayğacı yandırmasını istəsə də, taksi sürücüsü bundan imtina edib. Daha sonra isə acığa düşən sürücü ailəni aparmaqdan vaz keçib.

Bu vəziyyət mülki yol polisin diqqətini çəkib. Dayanan taksi və turist ailə ilə söhbət edib. Turistlərin Qapalı Çarşıya getmək, taksi sürücüsünün isə taksimetri yandırmadan onları aparmaq istədiyi anlaşılıb.

Yol polisi sayğacı yandırmayan taksi sürücüsünü cəzalandırıb. Nəqliyyat vasitəsinin 10 gün müddətinə hərəkətinə qadağa qoyulub, sürücü isə 4062 lirə cərimə olunub. Taksi evakuatora yüklənərək dayanacağa aparılıb.