Taliban İstanbuldakı Baş Konsulluğa nümayəndə təyin edib

14:51 28.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” hərəkatının yaratdığı müvəqqəti hökumət Əfqanıstanın İstanbuldakı Baş Konsulluğuna yeni kadr təyin edib. Bu barədə çərşənbə axşamı “Twitter”də müvəqqəti Taliban hökumətinin Xarici İşlər Nazirliyi məlumat yayıb.

“İstanbulda minlərlə əfqan qaçqının olması bu şəhərin imicini artırır və Əfqanıstan hökumətinin nümayəndələrini lazımi şəffaflıq şəraitində bütün lazımi xidmətləri göstərməyə sövq edir”, - deyə məlumatda bildirilir.