Yazını böyüt
Yazını kiçilt
Əfqanıstan rəhbərliyi 2023-cü ilin mart-aprel aylarında qızlar üçün təhsil prosesi ilə bağlı qərar qəbul edəcək, Əfqanıstanın müvəqqəti hökumətinin mədən və neft naziri Şahabuddin Delaver bildirib, Ariana News xəbər verir.
"Həmal ayına qədər (21 mart - 20 aprel) Allah qoysa, şəriət və əfqan ənənələrinə uyğun olacaq orta məktəblər, ibtidai məktəblər və universitetlərlə bağlı qərar veriləcək", - Delaver bildirib.
Dekabrın 20-də Taliban Ali Təhsil Nazirliyi universitetlərə məktub göndərərək, Nazirlər Kabinetinin qərarına əsasən, qızlar üçün dərslərin növbəti xəbərdarlığa qədər dərhal dayandırılmasını tövsiyə edib.