Tanınmış iranlı reperi etirazlara görə ÖLÜM CƏZASI GÖZLƏYİR

12:06 28.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

İranın tanınmış reperi, 32 yaşlı Tumac Salehi ölüm cəzası gözləyir. Bu barədə CBC News xəbər verir.

Sənətçi oktyabr ayında dövlət hakimiyyətini tənqid etdikdən və 22 yaşlı Məhsa Əmininin ölümü ilə bağlı nümayişləri açıq şəkildə dəstəklədikdən sonra həbs edilib.

Mərhum hicabını səhv geyindiyinə görə həbs edilib və polis idarəsində döyüldükdən 3 gün sonra dünyasını dəyişib. Bu səbəbdən ölkədə etirazlar başlayıb, iranlılar kütləvi şəkildə saçlarını kəsməyə, hicabları yandırmağa başladılar.

Musiqiçinin yaxınları bildiriblər ki, məhkəmə Tumacı “Allaha qarşı müharibə” və “yer üzündə korrupsiyada” ittiham edib. Bu ittihamlar ölüm və sonradan edamla cəzalandırılır. Bildirilir ki, reperə maraqlarını qorumaq üçün şəxsi vəkil tutmaq qadağan edilib.

Bundan əvvəl iki məşhur iranlı aktrisa hicablarını açıq şəkildə çıxardıqdan sonra həbs edilmişdi.