Tanınmış mədəniyyət və incəsənət nümayəndələri Gəncədə

14:57 18.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın bir neçə tanınmış mədəniyyət və incəsənət nümayəndəsi Gəncə şəhərində olub.

Hafta.az-ın verdiyi xəbərə görə, onlar erməni terrroru nəticəsində dağılmış əraziyə baş çəkiblər.

Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli işğal altında olan torpaqlarımızın azad ediləcəyinə inandığını bildirib.

Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi Gəncədə baş verənlərin böyük faciə olduğunu deyib:

“Gecə vaxtı mülkiu əhaliyə qarşı bu hərəkət qəbuledilməzdir. Dünya artıq buna reaksiya verməlidir. Ermənilər qadın, uşaq, qoca qatilləridir.” 

Əməkdar artist Təyyar Bayramov ermənilərin Gəncəyə terrrorunu qınayıb:

“Bu hadisələr mənə çox tanışdır. 1992-ci ildə mən də erməni terroru nəticəsində dağıntılar arasında qalmışam”. (APA)

Oxunma sayı 1895
Mədəniyyət rubrikasından digər xəbərlər