Tank bölmələri intensiv döyüş hazırlığı məşğələlərinə başlayıb - VİDEO

14:00 13.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun tank bölmələrinin intensiv döyüş hazırlığı məşğələləri keçirilir.

Müdafiə Nazirliyindən hafta.az-a verilən məlumata görə, məşğələlər zamanı nəzəri biliklərini təkmilləşdirən tank heyətləri təhlükəsizlik qaydalarını öyrənir.

Sonra hərbi qulluqçular döyüş maşınlarının idarə olunması vərdişlərinin təkmilləşdirilməsi üzrə məşğələlərə başlayır və praktiki atışlar icra edir.