Tarixi torpaqlarımızın güzəştə gedilməsi Bu, hüquq və tarixi nöqteyi-nəzərdən ağır səhv idi. O zamana qədər Avropanın hüquq sistemində belə prisident var idi. 1814-1815-ci ildə Vyana konqresində Fransanın məğlub ölkə kimi əraziləri bölüşdürülməli idi. Fransanın xarici işlər naziri Taliran həmin legitimlik hüququ prinsipindən istifadə edib, ona imkan vermədi.
Bu fikirləri hafta.az Tarix İnstitutunun icraçı direktoru Cəbi Bəhramov deyib.
Onun sözlərinə görə, Fransanın əraziləri 1792-ci il əraziləri sahəsinə qaytarıldı, yəni ərazi bölünmədi. Söhbət ondan gedir ki, bu torpaqda fransızlar Adəm və Həvvanın zamanından yaşayıb:
"Eləcə də cümhuriyyəti quranlar Avropa hüquq sistemindən xəbərsizdirlərmi? Xeyr. Azərbaycan torpaqlarını hərraca qoyanda soruşmaq lazım idi ki, sən bunu hansı səlahiyyətlə, əsasla, hüquqla edirsən? Milli Şura o səlahiyyətlərə malik idimi? Malik idisə, niyə referendum keçirmədin? Məsələ burasındadır ki, 23 maya qədər İrəvan məsələsi müzakirə olunmayıb.
Əslinə baxanda ermənilər indiki Ermənistan ərazisində dövlət qurmaq istəmirdilər. Onların əsas istəyi Türkiyənin şərqindəki torpaqları ələ keçirmək idi. Söhbət 8 vilayətdən gedirdi. Belə olan vəziyyətdə türk ordusu öz gücünü göstərdi və bu gücləri diz çökdürmüşdü. Mayın 23-dən sonra Azərbaycandan 11 nəfər nümayəndə heyəti iştirak edib. Danışıqlar zamanı bunlara təklif ediblər ki, gəlin ermənilərdən deyil deyil, gürcülərdən və sizlərdən ibarət konfederasiya yaradaq. Yaxud da təklif olunurdu ki, ayrı-ayrılıqda ermənilərin yaşadıqları ərazilər iki dövlət arasında bölüşdürülsün. Azərbaycan tərəfi buna razı olmayıb. Arqument odur ki, 11 nəfərin imzaladığı bir məktub var: əgər biz ərazini güzəştə getməsək, onlar bizi qıracaqlar. Məgər bu arqumentdirmi? Axı onlar gözləyirdi ki, sən nə verəcəksən. Doğrudur, müharibə zamanı ermənilərin xəyanətkar kütləsi nə az, nə çox, Gümrü ətrafına toplaşmışdı. Məsələnin maraqlı tərəfi budur ki, Gümrünü yox, İrəvanı güzəştə getmədilər. Həmin güzəşt Azərbaycan xalqına çox baha başa gəldi. Nəticədə, son 103 il ərzində Azərbaycan xalqı özünün 2.5 milyon nəfər adamını itirdi. Ərazisindən 9 min kvadrat-kilometrini vermişdi, sonra 20.8 min kvadrat-kilometr ərazini də – Göyçəətrafı əraziləri və Zəngəzurun qərb hissəsi Ermənistan SSR-nin tərkibinə verildi.
500 min erməninin köçürülməsi məsələsinə qayıdıram. Köçürülmədən sonra, 1929-cu il fevral ayının 18-də qərar qəbul olundu ki, rəsmi olaraq Mehri rayonunun ərazisindən Zəngilan rayonu və Ordubad rayonunun ərazisində 46 kilometr ərazi olan Qafan rayonu, Sisyan daxil olmaqla Zəngəzurun 4 bölgəsi Ermənistana verilsin. Ölkə başçısının dediyi kimi, bu, Türk dünyasının kürəyinə sancılan bir xəncər idi.
Sonrakı dövrlərə nəzər salsaq, artıq Zəngəzur monoqrafiyası hazırlanıb, artıq redaktədədir, çapa təqdim olunacaq. Bütün arxiv səndləri, mənbələr qaldırılıb. Birmənalı şəkildə sübut olunur ki, Zəngəzur qədim Azərbaycan torpaqlarıdır. Ədalətsiz olaraq 4 bölgə – Qarakilsə, Sisian, Görus, Qafan bilavasitə Azərbaycan torpaqları Ermənistana verilib.