Tarzənin müalicə prosedurları GÜCLƏNDİRİLİB

11:26 06.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Atamın vəziyyəti əvvəlki kimi ağır-stabil olaraq qalır".

Hafta.az xəbər verir ki, bunu açıqlamasında Xalq artisti, tarzən Ramiz Quliyevin oğlu, Əməkdar artist Əyyub Quliyev deyib.

O, bildirib ki, həkimlər müəyyən müalicə prosedurlarının daha da gücləndirilməsi qərarına gəliblər:

"Xüsusilə də ağciyərində olan müəyyən infeksion proseslər var, onların daha effektiv müalicəsi üçün intensiv müalicə aparılır. Böyrəkləri ilə bağlı da bütün lazımi prosedurlar aparılır, dializ olunur. Vəziyyəti normal-stabil vəziyyətdə saxlayırlar. İndiki halda həkimlərdən yaxşı xəbərlər gözləyirik. Sağ olsun, Heydər Əliyev Fondu da məsələni öz diqqətində saxlayır. Mərkəzi Gömrük Hospitalının həkimləri isə tam səfərbər olublar və əllərindən gələn hər şeyi edirlər". /oxu.az/