Təcili yardım avtomobilində qəzaya - Ölən və yaralananlar var

10:02 01.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hacıqabulda təcili yardım maşını qəzaya uğrayıb.

Hafta.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Hacıqabul rayonunun Navahı kəndindən keçən hissəsində baş verib.

Təcili yardım maşınının dəmir səddə çırpılması nəticəsində bir nəfər ölüb, iki nəfər isə ağır vəziyyətdə Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.