“Təəssüf ki, Avropa müharibəni davam etdirəcək” – Viktor Orban

11:55 15.12.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Bu həftə Brüsseldə Avropa İttifaqının sammiti keçiriləcək. Biz də hazırlaşırıq. Macarıstan parlamentinin Avropa İttifaqının müşavirə komitəsi tezliklə toplanacaq”.

Hafta.az yazır ki, bunu Macarıstanın Baş nazırı Viktor Orban deyib.

Hökumət başçısı bildirib ki, məruzələr sadədir: müharibə, yaxud sülh. “Rusiya-Ukrayna müharibəsini bitirməyə heç vaxt bu qədər yaxın olmamışdıq. Avropa böyük fürsətin qapısındadır, çünki biz avropalıların dördüncü ildir son qoya bilmədiyimiz müharibəni amerikalılar tezliklə yekunlaşdıra bilər. Əlimizdən gələn tək şey onları dəstəkləməkdir” deyən Orban təəssüflə qeyd edib ki, amma İttifaqın atdığı addımlar bunu göstərmir.

Hökumət başçısı deyib ki, Avropa müharibəni davam etdirəcək, hətta genişləndirəcək. Rusiya-Ukrayna cəbhəsində davam etmək və dondurulmuş rus aktivlərini ələ keçirməklə iqtisadi hinterlandda uzatmaq istəyir. Bu addım öz növbəsində Rusiya tərəfindən döyüş meydanında daha sərt cavab verilməklə nəticələnəcək.

“Macarıstanın mövqeyini dəyişmək üçün heç bir səbəbimiz yoxdur. Müharibə cəbhədə həll oluna bilməz və əgər döyüş meydanında həll yolu yoxdursa, onda prezident Trampın dediyini etməliyik: danışıqlar aparmalıyıq. Macarıstan, buna görə də, dondurulmuş Rusiya aktivlərinin müsadirə edilməsini dəstəkləmir, Ukraynaya pul və silah göndərmir, Avropa İttifaqının müharibə məqsədinə xidmət edən heç bir borc almasında iştirak etmir”, - Viktor Orban deyib.