Təhsil İdarəsindən yanğınla bağlı məlumat

13:57 24.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda yerləşən 153 nömrəli tam orta məktəbin kitabxanasının elektrik yuvasında qısaqapanma səbəbindən tüstülənmə baş verib.

 

Bu barədə hafta.az Bakı Şəhər Təhsil İdarəsindən (BŞTH) məlumat verilib.

 

Bildirilib ki, məktəbin işçiləri tərəfindən operativ şəkildə ilkin qabaqlayıcı tədbirlər görülüb. Şagirdlər təxliyə olunub, xəsarət alan yoxdur.

 

Hadisə ilə əlaqədar aidiyyəti qurumlara məlumat verilib.

 

Müvafiq mütəxəssislər tərəfindən məktəbə baxış keçirilərək problemin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülüb.

Oxunma sayı 117