Tələbələrin köçürülməsinin nəticələri AÇIQLANDI

17:18 05.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

15-22 iyul tarixlərində tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulunda iştirak etmiş tələbələrin şəxsi kabinetlərinə qəbulun nəticələri ilə bağlı müvafiq bildiriş göndərilib.

Bu barədə hafta.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Tələbələrdən xahiş olunur ki, 3 gün ərzində şəxsi kabinetlərinə daxil olaraq qəbul edilmiş qərarı təsdiq etsinlər.

Qeyd edək ki, qərar təsdiq edilmədiyi halda tələbələrin əmrləşməsi müvafiq təhsil müəssisələri tərəfindən həyata keçirilməyəcək və müraciət ləğv ediləcək.