Temperatur 44 dərəcəyə çatacaq - XƏBƏRDARLIQ

17:13 07.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda və Abşeron yarımadasında avqustun 8-dən 12-dək havanın maksimal temperaturunun 35-40° isti olacağı gözlənilir.

Bu barədə hafta.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, avqustun 8-dən 12-dək havanın maksimal temperaturunun Naxçıvan MR-da və aran rayonlarında 35-40, bəzi yerlərdə 42-44°, dağlıq rayonlarda 28-33° isti olacağı gözlənilir.