Təmsilçimiz “Uşaq Avroviziyası – 2021”də 5-ci yeri tutub

22:30 19.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fransanın paytaxtı Parisdə “Uşaq Avroviziyası – 2021” mahnı müsabiqəsi keçirilib.

Hafta.az xəbər verir ki, müsabiqədə ölkəmizi “One of those days” (“O günlərdən biri”) mahnısı ilə təmsil edən Sona Əzizova 151 xalla 5-ci yeri tutub. Azərbaycana ən yüksək 12 xalı İtaliya və Ukrayna verib.

Xatırladaq ki, Azərbaycan bundan əvvəl “Avroviziya” uşaq mahnı müsabiqəsində üç dəfə iştirak edərək 11, 7 və 16-cı yerlərin sahibi olub.