Tərtərdə çoban minaya düşüb

13:28 09.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Goranboy sakini Tərtərdə minaya düşüb.

Hafta.az xəbər verir ki, hadisə rayonun Həsənqaya kəndində qeydə alınıb.

Belə ki, 1976-cı il təvəllüdlü Goranboy rayonunun Xoylu kənd sakini, Həsənov Elnur Tofiq oğlu qoyun otararkən minaya düşüb. E.Həsənov Bərdə Diaqnostika mərkəzinə çatdırılıb.

Yaralının hər iki ayağının aşağı hissəsi travmatik amputasiya olunub.