Tərtərdə silah-sursat aşkarlanıb

12:54 07.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İşğaldan azad olunmuş ərazilərdə erməni hərbi birləşmələrinin tərk etdiyi mövqelərdən silah-sursatın toplanması istiqamətində daxili işlər orqanlarının əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan hafta.az-a bildiriblər ki, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının və Daxili Qoşunların hərbi qulluqçularının keçirdikləri növbəti tədbirlər zamanı Talış kəndi istiqamətində tərk edilmiş hərbi mövqedən silah-sursat aşkarlanıb. Tapılan 1 pulemyot, 2 qumbara və 3 mindən artıq patron aidiyyəti üzrə təhvil verilib.