Tianjin - Daşkənd birbaşa yük dəmir yolu marşrutu açıldı

10:19 21.05.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Çinin şimalındakı Tianjin liman şəhəri ilə Özbəkistanın paytaxtı Daşkənd arasında yükdaşımaları üçün birbaşa dəmir yolu marşrutu açılıb.

Hafta.az-ın yazdığına görə, Koreya Respublikasından gəmi ilə gətirilən 50 konteyner yükü iki həftə ərzində Daşkəndə çatdıracağı gözlənilən bu marşrut üzrə ilk qatar yola düşüb.

Özbəkistan üçün Çin ən böyük ticarət tərəfdaşıdır və malların ixracının ən böyük mənbəyidir. İki ölkə arasında elektromexaniki məhsullar aparıcı məhsullardandır. Yeni dəmir yolu marşrutunun operatorunun sözlərinə görə, sözügedən qatarda əsasən avtomobil hissələri, eləcə də bəzi növ mexaniki avadanlıqlar, mühəndis tikinti materialları və məişət elektronikası daşınır.

“Özbəkistan Dəmir Yolları”nın Çindəki nümayəndəliyi Özbəkistan, eləcə də Mərkəzi Asiyanın bütün nəqliyyat sistemi üçün yeni yük marşrutunun açılmasının vacibliyini qeyd edərək deyib ki, Tyantszindən Özbəkistana birbaşa yükdaşıma marşrutu Sian, Hami və ya Urumçi şəhərlərindən keçən əvvəlki marşrutlarla müqayisədə 800 kilometrdən çox azaldıb.

Özbəkistan tərəfi bu marşrutun dəmir yolu və dəniz nəqliyyatını birləşdirən idxal-ixrac müəssisələrinə multimodal yük daşımaları üçün alternativ dəhliz rolunu oynaya biləcəyini gözləyir.

Sənaye analitikləri həmçinin hesab edirlər ki, Tyantszin - Daşkənd birbaşa dəmir yolu marşrutunun açılması Tianjinlə Şanxay Əməkdaşlıq Təşkilatına üzv olan digər ölkələr arasında beynəlxalq yükdaşıma logistikasını daha da gücləndirəcək.