Yazını böyüt
Yazını kiçilt
Rusiya bundan sonra “dini hisslərin təhqir edilməməsi” üçün yeni ticarət markalarının təsdiqi prosesinə nəzarət edəcək.
Hafta.az-ın yazdığına görə, Rus Pravoslav Kilsəsinin tələbi ilə İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanan qanun layihəsində “dini dəyərləri alçaldan” elementləri ehtiva edən ticarət markalarının təsdiqlənməyəcəyi qeyd olunub.
“Rospatent”ə “dini obyektlərin təsvirləri, dini simvollar, dini məzmunlu sözlər, tanrıların və (və ya) dindarlar tərəfindən hörmət edilən şəxslərin təsvirləri və adları” olan əmtəə nişanı müraciətləri barədə məlumat verilməlidir.
Məsələni Rusiya Dinlərarası Şura izləyəcək.