Ticarət mərkəzi ərazisində yanğın olub

18:48 21.07.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qaradağda yanğın hadisəsi baş verib.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Bakı şəhərinin Qaradağ rayonunda “Abşeron” ticarət mərkəzinin ərazisində ümumi sahəsi 130 m² olan taxta sexinin içərisində sahəsi 10 m² olan köməkçi tikilinin yanar konstruksiyaları, 1 ədəd kondisioner və 30 m² sahədə taxta materialları yanıb.

Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.