Tikinti materiallarının qiyməti artıb - SƏBƏB?

14:43 22.06.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Son günlər tikinti materiallarının qiymətində artım baş verib. Qiymət artımı əsasən daşlarda müşahidə olunur. Yəni 45-50 qəpiyə satılan daş 60 qəpiyə 30 qəpiyə satılan kərpiclər isə 37-40 qəpiyə təklif olunur. Bundan əlavə taxta, dəmir və digər materialların da qiymətində kəskin bahalaşma var. Bahalaşma pərakəndə satışla yanaşı, tikinti bazarlarında da müşahidə olunmaqdadır. Bakı şəhərində ən böyük tikinti bazarı sayılan Dərnəgül Tikinti Bazarında da sorğu aparan zaman qiymətlərin bahalaşmasını görmüş olduq.

Bəs qiymətlərin belə kəskin artmasına səbəb nədir? Bu haqda hafta.az-a danışan iqtisadçı ekspert Rəşəd Həsənov səbəbləri belə izah etdi:

“Qiymətlərin  artması böyük ehtimalla iki səbəbə görə ola bilər: Birincisi tikinti materialların çoxu xaricdən Azərbaycana idxal olunur. Hazırda karqo ilə bağlı bahalaşma var. Məhsulların gətirlməsinin maya dəyəri yüksək olduğu üçün, sahibkarlar da onun satışına əlavə məbləğ artırmalı olurlar. İkinci böyük ehtimal olunan səbəb pandemiya ilə bağlıdır. Çünki may ayından etibarən tikintilərdə iş dayanmışdı. Karantin yumşadıldıqdan sonra tikintilərdə təlabat olduğuna görə bahalaşma da ola bilər. Sahibkarlıq subyektləri üçün bu səbəb də qiymət artımına şərait yarada bilər”.