Tofiq Nağıyev “Şərəf” ordeni ilə təltif edilib

22:08 05.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Prezidenti İlham Əliyev Tofiq Nağıyevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Hafta.az xəbər verir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında elmin inkişafında böyük xidmətlərinə görə Tofiq Murtuza oğlu Nağıyev “Şərəf” ordeni ilə təltif edilsin.