Tovuzda iki avtomobil körpüdən AŞDI

20:28 10.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tovuzda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Hafta.az xəbər verir ki, hadisə Bakı–Qazax magistral yolunun üzərində yerləşən körpüdə baş verib.

İlkin məlumata görə, hərəkətdə olan iki minik avtomobili toqquşub. Toqquşmadan sonra avtomobillər körpüdən dərəyə aşıb.

Qəza nəticəsində iki nəfər xəsarət alıb.