Tovuzda yol qəzasında sürücü xilas edilib

09:36 07.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Tovuz rayonunun Qovlar şəhərində yol qəzası barədə məlumat daxil olub.

Hafta.az xəbər verir ki, FHN-in açıqlamasına əsasən, “Nissan Note” markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb.

Nəticədə sürücü – 1994-cü il təvəllüdlü İbrahimova Əfsanə Məhəmməd qızı avtomobildə sıxılı vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan FHN-in Tovuz rayon Yanğından Mühafizə Hissəsinin xilasediciləri xüsusi alətlərin köməyi ilə sürücünü çıxararaq təcili tibbi yardıma təhvil veriblər. Onun müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.