Tovuzda zəlzələ olub

09:48 16.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tovuz rayonunda zəlzələ qeydə alınıb.

Hafta.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xİdmət Mərkəzi məlumat yayıb.

Məlumata görə, Gədəbəy stansiyasından 45 km şimal-qərbdə Tovuz rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 4, ətraf yaxın rayonlarda 3 bal gücündə hiss olunub.

Zəlzələ yerli vaxtla saat 08:31-də baş verib.

Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.