Toyda yıxılan gənc xəstəxanada öldü

11:14 27.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ötən gün Qaxda toy zamanı şadlıq evinin pilləkənindən yıxılan gənc bu gün səhər saatlarında dünyasını dəyişib.

Hafta.az bildirir ki “Qafqazinfo”nun məlumatına görə, 2002-ci il təvəllüdlü Qarayev Orxan Nizami oğlu yerləşdirildiyi xəstəxanada vəfat edib.

Qeyd edək ki, həkimlər 23 yaşlı gəncə kəllə-beyin silkələnməsi diaqnozu qoymuşdu.