“Toyota Motors” tərəfindən edilən şərhdə, şirkətin 2023-cü ilə aid avtomobil satış və istehsal məlumatları paylaşılıb.
Hafta.az-ın yazdığına görə, yapon istehsalçısı 2023-cü ildə dünya üzrə 11,23 milyon avtomobil satıb. Əvvəlki ilə görə yüzdə 7,2 artan bu satışlar, şirkətin indiyə qədərki ən yüksək avtomobil satışları olub.
Hibrid modellərin satışları 31,4 faiz artaraq 3,42 milyon, elektrikli modellərin satışı isə 4 dəfədən çox artaraq 104 min 18 ədəd olub.
Avtomobil satışlarına həmçinin “Toyota” qrupundan mini avtomobil istehsalçısı “Daihatsu” və pikap istehsalçısı “Hino”nun satışları da daxildir.
Şirkətin açıqlamasında, "Məqsədimiz ən yüksək satışa nail olmaq deyil. Təhlükəsizlik və keyfiyyət bizim birinci prioritetimizdir" deyilir.
Rəsmi “Kyodo” agentliyi yapon şirkətinin ən böyük rəqibi olan “Volkswagen AG”nin 2023-cü ildə 9,24 milyon avtomobil satdığını bildirib. Beləliklə, “Toyota” “Volkswagen” üzərində liderliyini möhkəmləndirib və qlobal satışlardakı liderliyini dördüncü ilə daşıyıb.
“Toyota Motors” 2023-cü ildə qlobal avtomobil istehsalını 8,6 faiz artıraraq 11,52 milyona çatdırıb.
Şimali Amerika, Avropa və Yaponiyada artan tələbatın müsbət təsiri istehsalın artımında özünü göstərib.