“Tramp dolların dəyərini öz siyasətlərinə görə təyin edəcək” - İqtisadçı

08:10 28.08.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ prezidenti Donald Trampın Federal Ehtiyat Sisteminə faiz qərarı ilə bağlı təzyiq göstərən FED rəsmisi Liza Kuku vəzifəsindən azad etməsindən sonra dollar və avroda volatillik yaşanıb. Qızıl da dollar və avroya bağlı olaraq bahalaşıb.

Hafta.az-ın yazdığına görə, FED-in faiz qərarı ilə bazarların diqqətdə olan valyuta məzənnələri və qızılın gələcək trayektoriyası gözlənilir. İqtisadçı ekspert Məhəmməd Bayram məsələ ilə bağlı deyib: “İclasdan sonra FED-in göyərçin olduğunu söyləyə bilərik. Tariflərin inflyasiyaya təsir edəcəyi şübhəsizdir, lakin məşğulluq rəqəmləri də pisləşdiyindən faiz endirimi vacib idi”. FED sədri Cerome Paullin faiz hərəkətinə başlayacağına az qala əmin olduğunu ifadə edən Bayram, “ABŞ istiqrazlarının qiymətləri də sürətlə azaldı. Beləliklə, ABŞ dollarının qlobal miqyasda gücləndiyini söyləyə bilərik. Xüsusilə avro-dollar pariteti də müəyyən volatillik nümayiş etdirdi" deyib.

Trampın Liza Kuku vəzifədən azad etməsinə də toxunan Bayram, bu vəziyyətin Trampın səhv olduğu qənaətini yaratdığını da bildirib: “Bəli, Liza Kukun ipoteka fırıldaqları etdiyinə dair iddialar var. Tramp bu səbəbdən onu işdən çıxardı, lakin Liza Kuk bu işdən çıxarılmanın səlahiyyət həddini aşma olduğunu və vəkillərin lazımi tədbirlər görəcəyini söylədi. Ona görə də hesab edirəm ki, faiz dərəcəsinin 25 baza bəndini keçəcəyi ehtimalı aradan qaldırılıb”.

“Qızıl FED-in faiz endirimi ilə yüksəliş tendensiyasını davam etdirəcək” deyən Bayram bildirib ki, qızılın ilin sonuna qədər daha da yüksələcəyini proqnozlaşdırır. Onun fikrincə, tarif təsirlərindən sonra Tramp dolların dəyərini öz siyasətlərinə görə təyin edəcək. Yəni o, çox güclü dollar istəmir.