Yazını böyüt
Yazını kiçilt
"Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı çox yaxşı söhbətimiz oldu”.
Hafta.az xəbər verir ki, Tramp bu fikirləri Floridanın Doral şəhərində keçirdiyi mətbuat konfransında açıqlayıb.
Onun sözlərinə görə, danışıq zamanı həm onun, həm də Putinin tərəfindən çoxlu insan iştirak edib və əsas mövzu Ukrayna məsələsi olub:
“Putinlə Zelenski arasında böyük bir nifrət var. Onlar bir araya gələ bilmirlər. Amma düşünürəm ki, bu mövzuda müsbət zəng idi. Biz Yaxın Şərq haqqında da danışdıq və o, kömək etmək istədiyini dedi. Mən Putinə bildirdim ki, Ukrayna-Rusiya müharibəsinə son qoymaqla daha çox kömək edə bilər. Bu, daha faydalı olardı. Amma çox yaxşı söhbətimiz oldu və o, çox konstruktiv olmaq istəyir”.