Yazını böyüt
Yazını kiçilt
ABŞ Prezidenti Donald Tramp İsrailə səfəri zamanı təyyarədə jurnalistlərə açıqlamasında deyib ki, Yaxın Şərqdə vəziyyət normallaşacaq.
Hafta.az xəbər verir ki, Tramp İsrail və HƏMAS arasında atəşkəs razılaşmasının qüvvədə qalacağına inandığını qeyd edərək, insanların müharibədən yorulduqlarını vurğulayıb:
“Mənə çoxlu şifahi zəmanətlər verilib və inanıram ki, onlara çox güclü şəkildə əməl olunacaq. Bunun gerçəkləşəcəyini düşünürəm”.