Yazını böyüt
Yazını kiçilt
ABŞ prezidentini ölkə Konstitusiyasının 25-ci düzəlişin müddəalarından istifadə etməklə hakimiyyətdən kənarlaşdırılması ehtimalını müzakirə etmək Cozef Baydenə baha başa gələ bilər.
Hafta.az-ın məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp bəyan edib:
“25-ci düzəliş mənim üçün riskli deyil. Amma Cozef Bayden və onun rəhbərliyinə qayıdacaq. Arzularınıza qarşı diqqətli olun”.
ABŞ prezidenti Donald Trampın impiçmenti məsələsi Konqresin Nümayəndələr Palatasında yanvarın 13-də və ya 14-də müzakirə olunacaq. Sənəd Demokrat Partiyasının Meriland ştatından olan nümayəndəsi Ceymi Raskin tərəfindən təqdim olunub.