Trampın ailə üzvləri karantin rejimini pozub

14:05 16.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ prezidenti Donald Trampın ailə üzvləri karantin rejimini pozub.

Prezidentin qızı İvanka Tramp və kürəkəni Cared Kuşner yəhudi Pesax bayramında iştirak etmək üçün övladları ilə birgə Nyu-Cersiyə yollanıb.

C.Kuşner qısa müddət sonra Ağ Evə qayıtsa da, İ.Tramp Nyu-Cersidə işini davam etdirir.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar Vaşinqton sakinlərinə şəhəri tərk etmək qadağan edilib.

 Bununla bağlı hələlik rəsmi açıqlama verilməyib.