Tranzit dəhlizlərlə bağlı mərkəz rolu bundan sonra da Azərbaycan oynayacaq - Ekspert

16:34 29.11.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan prezidenti İlham Əliyev Aşqabada son səfəri zamanı Pakistan, Türkmənistan, İran, Türkiyə  prezidentləri ilə görüşlər keçirib və bu görüşlərdə ikitərəfli münasibətlərin daha da inkişaf etməsi müzakirə predmeti olub.

Bu fikirləri hafta.az-a politoloq Zaur Məmmədov deyib.  

O, ən vacib görüşlərdən biri kimi İran İslam Respublikası və  Azərbaycan Respublikası  Prezidenti arasında keçirilən görüşü qeyd edib:

“Son zamanlar iki tərəf arasında  müəyyən çağırışlar, sual  doğuran məsələlər var idi. Prezidentlər dünənki görüşdə İran-Azərbaycan münasibətlərinin iki qardaş və dost xalqları arasında olan münasibətlərin ruhuna uyğun olaraq inkişaf edəcəyi ilə bağlı çıxışlar etdilər.  Eyni zamanda müxtəlif sahələr üzrə əməkdaşlığın inkişaf etməsi ilə bağlı siqnallar verilib. Artıq dünən Aşqabadda İran, Azərbaycan, Türkmənistan arasında türkmən təbii qazının  Azərbaycan vasitəsi ilə İrana nəqlini nəzərdə tutan bir sənəd imzalandı. Prezident İlham Əliyev həmin sənədi  tarixi sənəd adlandırdı. Biz bu sənədlə əslində cənub -şimal və cənub- qərb  nəqliyat dəhlizində vacib rol oynadığımızı bir daha sübut etmiş olduq. Son vaxtlar Ermənistanda, İranda müxtəlif fikirlərə əsaslanaraq qeyd edirdilər ki, guya ki, Ermənistan cənub-qərb nəqliyyat dəhlizində mərkəz rolunu oynayacaq. Dünən  Türkmənistan, Azərbayacn, İran arasında imalanan sənəd bir daha göstərdi ki, istər neft-qaz, istərsə də qeyri-enerji  mallarının qərbə və şimala çatmasında əsas mərkəz rolu bundan sonra da Azərbaycan oynayacaq. Və özü özlüyündə türkmən qazının İran və Azərbaycana gəlməsi iqtisadi  siyasi məsələnin həllini tapmasında rol oynayacaq və gələcəkdə Tehranla Bakı arasında cənub-şimal nəqliyyat dəhlizinin şaxələndirilməsinin və daha da gücləndirilməsinə gətirib çıxaracaq. Avropa ittifaqı da türkmən qazını Xəzərin bu tayından hansısa yolla gəlişini müsbət dəyərləndirəcək. Avropa İttifaqı transxəzər dəhlizi məsələsini sözdə dəstəkləyirdi. Türkmən qazının gələcəkdə Azərbaycan vasitəsi ilə Avropaya çıxması Brüssel-Bakı arasında münasibətlərin daha da istiləşməsinə ittifaqdakı bəzi ermənispərəsr qüvvələrin neytrallaşmasına səbəb olacaq”.