Türkdilli dövlətlərin siyasi, istisadi sahədə birlik nümayiş etdirməsi çox vacibdir - Kamilə Əliyeva

16:53 04.11.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Dünyada gedən geosiyasi proseslər, müharibələr hər bir dövlət üçün böyük təhdidlər yaradır.  Bu təhdidlərin qarşısını almaq üçün türkdilli dövlətlərin siyasi, istisadi sahədə birlik nümayiş etdirmələri çox vacibdir”.

Bunu hafta.az-a deputat Kamilə Əliyeva Astana Zirvəsi ilə bağlı açıqlamasında bildirib.

K.Əliyeva qeyd edib ki, əsası 2009-cu ildə Naxçıvanda qoyulmuş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası 2021-İstambul şəhərində Türk Dövlətləri Təşkilatı adını aldı və artıq dünyada nüfuzlu, güclü bir təşkilata çevrilib. Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatının 10-cu Zirvə görüşü təşkilatda müşahidəçi olan dövlətlərin əlaqələrinin genişləndirməsi və möhkəmləndirilməsi istiqamətində önəmli addımdır.

“Türk Dövlətləri Təşkilatı üzvləri arasında iqtisadi, ticari, humanitar, səhiyyə üzrə əməkdaşlıqlar hər il artırılır.  Çağdaş dünyamızda bir sıra imperialist dövlətlər digər dövlətlərə qarşı güc nümayiş etdirməyə çalışırlar. Bundan irəli gələrək türkdilli dövlətlərin təhlükəsizlik, hərbi, hərbi -sənaye, sahəsində də əməkdaşlıq etməlidirlər. Bu sahədə addımların atılması vacibdir.  Dövlət başçıları Astanada yeni əməkdaşlıqların qurulması və inkişaf etdirilməsi istiqamətində  ümumi razılığa gələcəklər”.

Siyasət rubrikasından digər xəbərlər