Türkiyə Aİ-na üzv olduğu təqdirdə, İsveçin NATO-ya üzvlüyü təsdiqlənəcək - Ərdoğan -YENİLƏNİB

14:39 10.07.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Avropa İttifaqına üzv ola biləcəyi halda, İsveçin NATO-ya üzvlük müraciəti qəbul olunacaq.

Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Atatürk hava limanında jurnalistlərə açıqlaması zamanı deyib.

“NATO Zirvə toplantısında mühüm qərarlar verəcəyik. Türkiyə hər zaman NATO-nun açıq qapı siyasətini dəstəkləyən bir ölkədir. 50 ildən artıqdır ki, Türkiyə Avropa İttifaqına üzv olunmağı gözləyir. Mən buradan bizim üzvlüyümüzü qəbul etməyən ölkələrə demək istəyirəm ki, ancaq Türkiyə Avropa İttifaqına üzv ola biləcəyi halda, İsveçin NATO-ya üzvlük müraciəti qəbul olunacaq", - deyə Ərdoğan bildirib.

***

Türkiyə Avropa Birliyinə üzv ola biləcəyi halda, İsveç NATO-nun üzvlüyünə qəbul oluna bilər.

Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlaması zamanı deyib.

Xəbər yeniləcək....

Siyasət rubrikasından digər xəbərlər