Yazını böyüt
Yazını kiçilt
"Azərbaycanın qərarı ilə Şuşada və ya Qarabağda istənilən şəhərdə konsulluq açmağa hazırıq".
Hafta.az xəbər verir ki, bunu açıqlamasında Türkiyənin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Birol Akgün bildirib.
O, qeyd edib ki, Şuşada Türkiyə konsulluğunun açılmasıyla əlaqədar 2021-ci ildə müraciət edilib:
"Amma hələ Şuşada heç bir ölkənin konsulluğu yoxdur. Bu, Azərbaycanın suveren hüquqları çərçivəsində verəcəyi bir qərardır. Biz Azərbaycanın qərarı ilə Şuşada və ya Qarabağda istənilən şəhərdə konsulluq açmağa hazırıq”.