Türkiyə ərazisinə qaçaq yolla keçən PKK mənsubu saxlanıldı

18:18 07.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Suriya ərazisindən qaçaq yolla Türkiyə tərəfinə keçən bir qrup şəxs Şanlı Urfanın Akçakale rayonunda saxlanılıb.

Hafta.az xəbər verir ki, Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan dəstədə 8 nəfər olub. Axtarış zamanı onlardan birinin çantasında 4 kiloqram partlayıcı maddə aşkarlanıb. Həmin şəxsin PKK/YPG terror təşkilatlarına üzv olduğu və xüsusi terror tapşırığı ilə Türkiyə ərazisinə keçdiyi təsdiqlənib.

 

Saxlanılan digər yeddi nəfərin şəxsiyyəti araşdırılır.