Türkiyə iki ölkəyə qırıcı təyyarələr göndərəcək

14:07 15.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Estoniya və Rumıniyaya qırıcı təyyarə göndərməyi planlaşdırır.

Hafta.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, qırıcı təyyarələr NATO-nun hava polisliyi missiyaları çərçivəsində sözügedən ölkələrə göndəriləcəklər.

“Türkiyə müttəfiq ölkələrin hava sahəsinin sülh dövründə qorunması məqsədilə keçirilən NATO-nun hava polisliyi əməliyyatlarına əhəmiyyətli töhfələr verib”,- nazirlik qeyd edib.

Qeyd edək ki, Türkiyə iyul ayında NATO sammitinə ev sahibliyi edəcək. /“Reuters“/