Türkiyə ilə Rusiya arasında yeni QAZ ANLAŞMASI

17:23 23.11.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin energetika naziri Fatih Denmez bildirib ki, Ankara bu ilin sonuna kimi Moskva ilə 3 ildən 10 ilədək müddəti nəzərdə tutan yeni qaz müqavilələri imzalayacaq.

"Rusiya Federasiyası ilə ilin sonunda başa çatan müqavilələr uzadılacaq. Bu müqavilələrin müddəti əvvəlki qədər uzun deyil, 3 ildən 10 ilə qədər ola bilər. Güman edirik ki, sövdələşmə sona qədər tamamlanacaq. Tələblərə uyğun olaraq tədarükün artırılması ehtimalı da olacaq. Bu maddə əvvəlki müqavilədə yox idi " deyə Denmez Anadolu agentliyinə bildirib.

Hafta.az-ın məlumatına görə, o qeyd edib ki, artıq Moskva ilə prinsipial razılıq əldə olunub, qazın qiyməti isə dövlət boru kəməri şirkəti BOTAŞ və özəl təchizatçılar üçün eyni olacaq.

Ekspertlər bildirir ki,  yeni müqavilə təkcə dövlət şirkəti Botaşın deyil, özəl şirkətlərin də qaz alışında iştirakına imkan verir. Bu, Rusiya-Türkiyə qaz əməkdaşlığı kontekstində yeni bir fenomen olacaq. Tərəflər öhdəliklərin mobilliyinin artırılması lehinə uzunmüddətli təcrübədən uzaqlaşmaq barədə razılığa gəliblər. Bununla belə, “Qazprom” artıq oxşar vaxt diapazonunda danışıqlar aparmağa razılaşıb.

Ümumiyyətlə, bu məsələdə Rusiya üçün köklü dəyişiklik olmayacaq - "Qazprom" müəyyən məbləğdə qaz tədarük etdiyi üçün onu tədarük etməyə davam edəcək. Bu, başqa məsələdir ki, Türkiyənin daha çox qaz almaq niyyətini bəyan etmək imkanı olacaq. Rusiya-Türkiyə qaz qarşılıqlı əlaqəsinin xarakteri dövlət tərəfindən tənzimlənəndən bazar əsaslıya doğru dəyişir.

Müqavilənin tək Türkiyəyə qaz tədarükünə deyil, həm də Türkiyə ərazisi ilə Avropaya qaz tranzitinə təsir edəcəyi gözlənilir. Tranzit xidmətlərinin qiymətinin aşağı salınması müqabilində qazın da qiymətində endirimlər mümkündür.Beləliklə, yekun müqavilə həm Rusiya, həm də Türkiyə üçün faydalı olacaq. Ekspertlər bu qənaətdədir.