Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini azaltdı

16:12 20.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin növbəti iclası keçirilib.

Hafta.az-ın məlumatına görə, komitənin bu gün keçirilən iclasında uçot dərəcəsi 1,5 faiz bəndi azaldılaraq 12 faizdən 10,5 faizə endirilib.

Xatırladaq ki, uçot dərəcəsi bu il sentyabrında 13 faizdən 12 faizə endirilmişdi.