Türkiyə MN Anım Günü ilə bağlı paylaşım edib

19:30 27.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanın 27 sentyabr - Anım Günü ilə əlaqədar rəsmi "X" səhifəsində paylaşım edib.

Hafta.az-ın məlumatına görə, paylaşımda deyilir:

"Qəhrəman Azərbaycan ordusunun işğal altında olan Qarabağ torpaqlarını azad etmək və qələbəyə nail olmaq üçün başladığı şərəfli mübarizənin ildönümündə qəhrəman şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə sağlam və xoşbəxt ömür arzulayırıq".