Türkiyə MN Azərbaycan xalqını təbrik etdi

14:24 01.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan xalqını 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edib.

 

Hafta.az xəbər verir ki, nazirliyin təbrikini Mətbuat və ictimaiyyətlə əlaqələr müşavirliyinin zabiti, mayor Pınar Kara keçirdiyi brifinqdə çatdırıb.

 

"Bir millət, iki dövlət ” anlayışı ilə kədərdə və sevincdə bir yerdə olduğumuz azərbaycanlı qardaşlarımızı 8 noyabrda qeyd olunacaq Zəfər Günü münasibəti ilə indidən təbrik edirik.

 

Ədalətli işlərində, bu günə qədər olduğu kimi bundan sonra da bütün imkanlarımızla onların yanında olduğumuzu bir daha vurğulayırıq", - nazirlik rəsmisi vurğulayıb.