Türkiyə rus idxalçıların ödənişlərini yenidən rədd etdi

09:05 19.09.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya iş dünyası Türkiyədəki banklardan yararlanaraq etdikləri beynəlxalq ödənişlərdə yenidən problem yaşamağa başlayıb.

Hafta.az-ın “Vedomosti” qəzetinə istinadən yazdığına görə, ödəniş problemləri 2024-cü ilin yayında yenidən gündəmə gəlib. Xəbərə görə, Avropadan mal alan bəzi idxalçılar Türkiyə banklarından keçərkən ödənişlərinin bloklandığını bildiriblər.

Problemin Avropa banklarının Türkiyə banklarından ödənişləri qəbul etməməsi ilə başladığı öyrənilib. Qəzetə danışan bir iş adamı bu vəziyyəti Bolqarıstanda yaşadığını bildirib. Lakin son həftələr Türkiyə banklarının özləri belə ödənişləri həyata keçirməkdən imtina etdikləri bildirilir. Baş verənlər Rusiya idxalçılarının Avropa ilə ticarətində əhəmiyyətli fasilələrə səbəb olur.

Qəzet Rusiya şirkətlərinin başda Əmlak Katılım Bankası olmaqla dövlət bankları ilə işləməli olduğunu yazıb. Xəbərə görə, bu banklar ancaq böyük şirkətlərlə əməkdaşlıq edə, yüksək komisyon haqqı ala bilər. Vasitəçinin dediyinə görə, şirkətlər əvvəlcə rəsmi komissiya ödəyərkən, daha sonra əlavə “məsləhətçi” haqqı tələb olunur.

Bu problemlər xüsusilə dollar və avro ilə edilən ödənişlərdə özünü büruzə verir. Rubl və lirə ilə edilən ödənişlərdə ciddi problem yaşanmasa da, Çin yuanı ilə edilən əməliyyatlarda da çətinliklərin yarandığı öyrənilib.