Türkiyə ucuz rusiya nefti ilə 2 milyard dollara qənaət edib

10:45 20.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Rusiyadan neft və neft məhsullarını endirimlə idxal etməsi sayəsində 2 milyard dollar qənaət edərək, ölkənin xarici ticarət kəsirini və lirə üzərindəki təzyiqi azaldıb.

Hafta.az-ın yazdığına görə, Rusiyanın Türkiyəyə neft ixracı ötən ilin noyabrında gündəlik 400 min barellə rekord səviyyəyə yüksəlib. Bu həcm Rusiyanın dəniz yolu ilə ixrac etdiyi neftin 14 faizini təşkil edib.

Yanvar-noyabr ayları dövründə Rusiyadan neft idxalında 200 faiz artım olub.