Türkiyə Ukraynaya daha 2 "Bayraktar TB2" HƏDİYYƏ EDİB

10:18 26.01.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Bu gün Ukraynanın dost və ortaqlarından daha 2 Bayraktar TB2 aldıq".

Hafta.az-ın yazdığına görə, bu barədə Ukrayna Kəşfiyyat İdarəsinin sosial media hesabından verilən açıqlamada deyilir.

Bildirilir ki, “İşğalçılara qarşı kömək etmək üçün onlar Ukraynaya pulsuz təhvil verilib”. Bununla da Türkiyənin Rusiyaya qarşı istifadə üçün BMC Kirpi tipli zirehli personal daşıyıcısı ilə yanaşı, “Bayraktar TB2” silahlı pilotsuz uçuş aparatını Ukraynaya tədarük etdiyi məlum olub.

Zirehli texnikalar təmas xəttində Rusiya qüvvələrinə qarşı fəal şəkildə istifadə olunur.

Oxunma sayı 383
Siyasət rubrikasından digər xəbərlər