Türkiyə üzərindən Aİ-yə təbii qaz nəqlində rekord

10:29 06.06.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya təbii qazının Türkiyə üzərindən Avropa İttifaqı (Aİ) ölkələrinə nəqli ötən ay rekord həddə çatıb.

Hafta.az-ın yazdığına görə, son aylar “Türk axını”nın Avropa hissəsindən Rusiya qazının nəqli layihədə nəzərdə tutulan kəmərin sutkalıq ötürmə qabiliyyətini (43,15 milyon kubmetr) 15-20 faiz üstələyib. Bu rəqəm martda 46,7 milyon kubmetr, apreldə 41,4 milyon, mayda isə 47,5 milyon kubmetr olub.

Rusiya təbii qazının Ukrayna üzərindən Aİ-yə nəqli ən yüksək həddə çatıb və gündə 40 milyon kubmetri keçib.

Digər tərəfdən, Aİ-də Rusiyadan mayeləşdirilmiş təbii qazın idxalına qadağa qoyulması və 2025-ci ilin əvvəlində Ukrayna üzərindən Rusiya qazının alınmasına son qoyulması ilə bağlı danışıqlar davam edir.

Gas Infrastructure Europe (GIE) məlumatlarına görə, bu gün Aİ-də ən az yeraltı təbii qaz anbarına malik ölkələr (60 faizdən aşağı) Rusiyadan təbii qaz almayan və ya tədarük etməyən Belçika, Xorvatiya, Polşa və Latviya, Bolqarıstan, Fransa və Danimarkadır.