Türkiyə və Azərbaycan spikerləri danışıqlar apardılar 

17:24 12.07.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşla Azərbaycan parlamentinin spikeri Sahibə Qafarova arasında görüş keçirilib.

 

Hafta.az xəbər verir ki, bu barədə Kurtulmuş tviter hesabında yazıb.

 

O bildirib ki, görüş zamanı iki ölkə arasındakı əlaqələr, həmçinin, regional məsələlər müzakirə olunub.

 

Bundan əlavə, spikerlər parlamentlərarası əlaqələrin hazırkı səviyyəsindən məmnunluqlarını ifadə ediblər.

 

Qeyd edək ki, Kurtulmuş spiker kimi Azərbaycana ilk rəsmi səfərinə gəlib

 

 

Siyasət rubrikasından digər xəbərlər